UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) matçında 3-cü qol vurulub.

"Unikal" xəbər verir ki, "Malmö"nin futbolçusu Erik Botheym 47-ci dəqiqədə 2-ci qolu "Qarabağ"ın qapısından keçirib - 2:1.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada hesabı "Qarabağ" açıb. 15-ci dəqiqədə Juniniyo fərqlənib. 19-cu dəqiqədə isə "Malmö"nün futbolçusu Erik Botheym bərabərlik qolunu vurub.

XXX

21:38

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) matçında ilk hissə başa çatıb.

"Unikal" xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yollanıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada hesabı "Qarabağ" açıb. 15-ci dəqiqədə Juniniyo fərqlənib. 19-cu dəqiqədə isə "Malmö"nün futbolçusu Erik Botheym bərabərlik qolunu vurub.

XXX

21:11

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) matçında hesab bərabərləşib.

"Unikal" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın 19-cu dəqiqəsində "Malmö"nün futbolçusu Erik Botheym bərabərlik qolunu vurub.

Oyunda hesabı "Qarabağ" açıb. 15-ci dəqiqədə Juniniyo fərqlənib.

Matçı yunanıstanlı FIFA referisi Anastasios Papapetru idarə edir.

XXX

21:06

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) matçında hesab açılıb.

"Unikal" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın 15-ci dəqiqəsində Juniniyo fərqlənib - 1:0.

Matçı yunanıstanlı FIFA referisi Anastasios Papapetru idarə edir.

xxx

20:45

UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turunda bu gün Bakıda keçiriləcək “Qarabağ” - “Malmö" (İsveç) matçının start heyətləri bəlli olub.

"Unikal" Avropa futbol qurumunun rəsmi saytına istinadla xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar.

“Qarabağ”: Fabiyan Buntiç, Bəhlul Mustafazadə, Abbas Hüseynov, Julio Romao, Elvin Cəfərquliyev, Kevin Medina, Patrik Andrade, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Olavio Juninyo.

Baş məşqçi: Qurban Qurbanov.

"Malmö": Dahlin, Rösler, Yansson, Busanello, Pena, Yohansen, Larsson, Kristiansen, Botheim, Kiese Thelin, Berq

Baş məşqçi: Henrik Ridström

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:45-də start götürəcək.