"Çexiya heç bir halda Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" tərəfindən qurulan hökuməti tanımamalıdır".
Unikal.org xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yakub Kulqanek jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, buna baxmayaraq, Çexiya bir şəkildə "Taliban"la qarşılıqlı əlaqəyə ehtiyac duyacaq:
"İndi elə bir vəziyyətdəyik ki, "Taliban" Əfqanıstanın yeni ağasıdır. Mən buna heç sevinmirəm, amma reallığı olduğu kimi tanımalıyıq".
Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) dövlətləri Əfqanıstanda "Taliban"a qarşı vahid yanaşma formalaşdırmalıdır.