İspaniyada La Palma adasında "Cumbre Vieja" (Old Peak) yanardağı bir neçə gündür ki, lava və kül püskürməyə davam edir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, sentyabrın 19-dan bu yana vulkanın püskürməsi nəticəsində 600 ev külə dönüb. Təbii fəlakətin 10-cu günündə isə lavalar Atlantik okeanına çatıb.

İspaniya hökuməti yanardağın yerləşdiyi adanı "fəlakət bölgəsi" elan edib. Həmçinin bölgəyə vurulan zərərin 400 milyon avronu ötdüyü proqnozlaşdırılır.