ABŞ-ın Kaliforniya ştatında özünü şaman adlandıran 30 yaşlı rusiyalı Aleksandra Suverneva həbs edilib. 

Unikal.org "New York Times"a istinadən xəbər verir ki, o, bir meşəni yandırmaqda günahlandırılır. Həmin hadisə nəticədə bütün kənd yanıb. 

Suvernevanı 9 ilə qədər həbs cəzası gözlədiyi bildirilir. Meşə yanğını nəticəsində 41 ev və 90 köməkçi bina tamamilə yanıb.
 
Lakin qadın özü günahını etiraf etməyib.