ABŞ-ın Merilend ştatındakı "Capital Gazette" adlı media binasına silahlı basqın edilib. Hadisə nəticəsində 5 jurnalist öldürülüb.
Unikal.org xəbər verir ki, hadisə 28 İyun 2018-ci ildə qeydə alınıb. Silahlı şəxs polis tərəfindən saxlanılıb. Onun barəsində qətimkan tədbiri seçilib. 3 ildir davam edəm məhkəmə prosedurlarında şəxsə törətdiyi cinayət hadisəsinə görə şərti ömürlük həbs cəzası verilib.
Lakin xəstəxana rəyində təcavüzkar 41 yaşlı Jarrod Ramosun əqli problemlərinin olduğunu bildirilib. Bundan sonra vəkil Ramosun ömürlük həbs cəzasından azad edilməsini tələb edib. Məhkəmənin digər bir qərarına görə şəxsə 345 il həbs cəzası verilib.
Ramosu vəkilləri onun əqli cəhətdən sağlam olmadığını, bu səbəbdən etdiyi hərəkətlərə görə məsuliyyət daşımayacağını iddia edib. Məhkəmə işləri yenə də davam edir.
Gülayə Mecid