Fələstinin Tulkarm şəhərindəki zərgərlik mağazasında soyğunçuluq hadisəsi qeydə alınıb.
Unikal.org xəbər verir ki, iki naməlum şəxs qadın geyimində qızıl dükanına daxil olaraq, mağaza sahibini ölümlə hədələyiblər. Soyğunçuların əlində avtomat olub. Onlar mağazadan 7 dəqiqəyə 7 kiloqram qızıl oğurlayıblar.
Onların soyğun anı anbaan müşahidə kameralarına əks olunub. Polis şəxslərin axtraşına başlayıb.