Sentyabrın 29-da Avropada qazın qiyməti yenidən tarixi rekordunu yeniləyib.

Unikal.org xəbər verir ki, Niderlanddakı ICE birjasında qazın noyabr fyuçerslərinin qiyməti 1000 kubmetr üçün təxminən 1054 ABŞ dollarına çatıb.

Oktyabr fyuçerslərinin qiyməti 1000 kubmetr üçün təxminən 1051 ABŞ dolları təşkil edir.

Qeyd edək ki, dünən Avropada qazın qiyməti tarixdə ilk dəfə 1000 kubmetr üçün 1000 ABŞ dollarını keçib.