Türkiyənin “Bayraktar TB2” zərbə tipli pilotsuz uçuş aparatlarını (PUA) istehsal edən “Baykar Savunma” şirkəti ilə Ukrayna Müdafiə Nazirliyi arasında memorandum imzalanıb.
Unikal.org xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Müqaviləyə əsasən Kiyevdə “Bayraktar TB2” zərbə PUA-larına xidmət göstərilməsi üçün mərkəz yaradılacaq. Bu mərkəzdə PUA operatorlarına təlim keçilməsi də nəzərdə tutulub.
Memorandum Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə ölkənin müdafiə naziri Andriy Taran və “Baykar Savunma” şirkətinin baş direktoru Haluk Bayraktar tərəfindən imzalanıb.