Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 227 nəfər həyatını itirib.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 355 442 nəfərdən test götürülüb, onların 29 386-nın testi pozitiv nəticə verib, 31 018 nəfər sağalıb.
Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 86.60%-nə bir doza, 71.35%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.