Ekvadorun qərbində yerləşən Quayakil həbsxanasında baş verən toqquşmalarda ölənlərin sayı 100 nəfəri ötüb.
Unikal.org xəbər verir ki, bu barədə cəzaçəkmə müəssisəsi “Twitter”də məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində ümumilikdə 100-dən çox ölüm, 52 yaralı qeydə alınıb.
Mövcud vəziyyətlə əlaqədar Ekvador Prezidenti Quillermo Lasso ölkənin cəzaçəkmə sistemində 60 gün fövqəladə vəziyyət elan edib.
Rəsmi açıqlamalara görə, həbsxanada baş verən atışmaya səbəb müxtəlif dəstə nümayəndələri arasında yaranan münaqişə olub. Hazırda həbsxanada vəziyyətin nəzarətə götürüldüyü bildirilir.