Xəbər verdiyimiz kimi, İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın müdafiə naziri olmuş David Tonayan saxlanılıb.
Unikal.org xəbər verir ki, dünən saxlanılan keçmiş müdafiə naziri David Tonoyan heç yerə getməməsi şərti ilə bu gün azadlığa buraxılıb. Bu barədə Hraparak.am nəşri məlumat yayıb.
Belə ki, nəşrin məlumatına görə, David Tonoyan Ermənistanın Müdafiə Nazirliyi tərəfindən 5 milyon dollar dəyərində yararsız raketlərin alınması ilə bağlı başladılan cinayət işi çərçivəsində saxlanılmışdı.
Qeyd edək ki, dünən keçmiş müdafiə nazirinin evində güc strukturları tərəfindən axtarış aparılıb. Bunun ardınca isə ona qarşı ittiham irəli sürülərək saxlanılıb.
Gülayə Mecid