İsrailin Qalileya bölgəsində magistral yolda  minik avtomobili ilə toqquşan sərnişin avtobusu aşıb. 

Unikal.org xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 47  nəfər yaralanıb. Bildirilir  ki, ölən şəxslərdən 3-ü uşaqdır. Əraziyə polis və təcili tibbi yardım briqadası cəlb olunub. 

Xilasetmə  işləri davam etdirilir.