Rusiyanın Novqorod Vilayət Dumasının millət vəkili Dmitri İqnatov  polis  tərəfindən saxlanılıb. 

Unikal.org novgorod.ru-ya  istinadən xəəbr verir ki,  deputat rüşvətxorluqda şübhəli bilinərək tutulub. 

Bildirilir ki, millət vəkili 2,5 milyon rubl həcmində rüşvət almağa vasitəçilik etməkdə şübhəli bilinir.

Dmitri İqnatov barəsində Rusiyanın Cinayət Məcəlləsinin rüşvət almaqda vasitəçilik etməyə cəhd maddəsi ilə cinayət işi başladılıb.