Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan böyük həcmdə pul vəsaitlərini mənimsəməkdə ittiham olunaraq yenidən saxlanılıb.

Unikal.org  xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb.

Məlumata əsasən, Tonoyanla yanaşı silah alverçisi David Qalstyan da saxlanılıb.

Bildirilir ki, hər iki şəxs ölkənin Silahlı Qüvvələrinin ehtiyacları üçün döyüş sursatları alarkən yol verilən çox sayda pozuntular və vəzifə öhdəliklərini aşma ilə bağlı başladılan cinayət işi çərçivəsində saxlanılıb.