Çərşənbə günü Çilinin şimalındakı Los Vilos kommunasında başlayan yanğın 1 100 hektardan çox ərazidə meşə yanmasına səbəb olub.

Unikal.org xəbər verir ki, bu səbəbdən səlahiyyətlilər bölgədə qırmızı həyəcan siqnalı verib. 

Milli Meşə Təsərrüfatı Korporasiyasından verilən məlumata görə, yanğın yayılmaqda davam edir. Ölən və yaralananların olmadığı, həmçinin mülklərə ziyan dəymədiyi bildirilib. 

Açıqlama zamanı qeyd olunub ki, əraziyə 4 vertolyot, 2 təyyarə və 45 yanğınsöndürmə briqadası dövlət təbiət qoruğuna tərəf yaxınlaşan yanğınla mübarizə aparır. 

Ağarza Elçinoğlu