Ukraynanın şərqindəki Donbas bölgəsində rusiyapərəst separatçıların açdığı atəş nəticəsində bir Ukrayna əsgəri həlak olub.
Unikal.org xəbər verir ki, bununla bağlı Ukrayna Müdafiə Nazirliyi açıqlama yayıb.
Məlumata görə, separatçıların gecə yarısından etibarən saat 11:00 -a qədər atəşkəsi üç dəfə pozduqları bildirilib.
Həmçinin separatçıların Donbasın Papasna, Kamyanka və Novotoshkovska bölgələrində atəş açdıqları qeyd olunub.
Donbas böhranı nədir?
Prezident Viktor Yanukoviç Avropa Birliyi (AB) Assosiasiya Sazişini imzalamadıqdan sonra 21 noyabr 2013-cü ildə paytaxt Kiyevdə nümayişlər başlayıb.
Yanukoviç 2014-cü ilin fevralında nümayişlərin artmasından sonra ölkəni tərk etdikdən sonra, rusiyapərəst separatçılar ölkənin şərqindəki Donetsk və Luqansk şəhərlərində qondarma müstəqilliklərini elan ediblər.
2014-cü ildən bəri separatçılarla Kiyev hökuməti arasında baş verən toqquşmalarda 13 mindən çox insan həyatını itirib.
Gülayə Mecid