Ağ Evin keçmiş mətbuat katibi Stefani Qrişam “I’ll Take Your Questions Now” adlı yeni kitabında ABŞ-ın keçmiş prezidenti Donald Trampın liderlərlə münasibətlərinə diqqət çəkib.
Unikal.org xəbər verir ki, Trampın ən çox sevdiyi Avropa liderinin Boris Conson olduğunu yazan Qrişam, Rusiya lideri Vladimir Putinlə 2019-cu ildə G-20 zirvəsi ilə bağlı detallarını paylaşıb.
Belə ki, o kitabında Putinin G-20-də Trampın fikrini yayındırmaq üçün qadın tərcüməçidən istifadə etdiyini iddia edib.
“Görüş başlayanda Ağ Ev müşaviri Fiona Hill mənə söykəndi və Putinin tərcüməçisini görüb-görmədiyimi soruşdu. Uzun saçlı, əsmər, ağbənizli gözəl bir qadın idi. Qadının prezidentin diqqətini yayındırmaq üçün xüsusi olaraq Putin tərəfindən seçilmişdi", -deyərək, Putinin Trampın diqqətini yayındırmaq üçün cazibədar bir qadın tərcüməçi istifadə etdiyini bildirib.
Gülayə Mecid