Belarus, Rusiya BTR-82A zirehli maşınlarının ilk partiyasını alıb.
Unikal.org xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilir ki, ikinci partiya bu ilin noyabr ayında təhvil veriləcək.
"Arzamas Maşınqayırma Zavodu" ASC-nin istehsalı olan BTR-82A zirehli maşınlarının ilk partiyası Minsk Özerişçe dəmir yolu vağzalına çatıb. Yeni zirehli maşınların əsas hissəsi Belarusun 120-ci ayrı mexanikləşdirilmiş briqadasının silahlanmasına daxil ediləcək", - deyə məlumatda əks olunub.
Gülayə Mecid