Türkiyənin Hatay şəhərində ailə faciəsi baş verib.
Unikal.org xəbər verir ki, kişi 41 yaşlı həyat yoldaşı Aynur Merti və iki yeniyetmə övladını qətlə yetirib. Belə ki, aralarında yaranan mübahisə nəticəsində kişi həyat yoldaşını boğub. Bunu görən 16 yaşlı oğulları onları ayırmağa çalışıb. Kişi Aynuru öldürdükdən sonra oğlunu da boğaraq, həyatına son qoyub.Cani şəxs qızının evə gəlməsini gözləyib. Aleyna Mert evə gələndə bədbəxt hadisə ilə üzləşib.
Yeniyetmə qız da atasının qurbanına çevrilib. Kişi cinayətdən sonra evi tərk edib. Günlərdir qapalı qalan evdən pis qoxular gəlməyə başlayıb. Bundan sonra qonşular, Aynur Mertin evinin qapısını döyüb. qapını açan olmayınca əraziyə polis cəlb olunub. Polislər evdən 3 cansız cəsəd aşkar ediblər. Hadisə ilə bağlı Aynurun əri A.M saxlayıblar. Kişi ilk zamanlar cinayəti təkzib etsə də, sonradan törətdiyi cinayəti etiraf edib.