Çinin Çilli Ofşor Neft Korporasiyası ölkənin şimal-şərq sahillərində, Bohay körfəzində yeni neft yatağını aşkar etdiyini bildirib.
Unikal.org xəbər verir ki, yatağın ilkin ehtiyatları 100 milyon ton həcmində qiymətləndirilir.
Qeyd edək ki, ötən ay Çinin "Sinopec" şirkəti Sintszyan regionunda da 100 milyon ton həcmində neft-qaz yatağını aşkar etdiyini bildirmişdi.