Gürcüstanda bütün təhsil işçiləri - müəllimlər koronavirusa qarşı peyvənd olunmalıdır.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstanın baş infeksionisti, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı hazırlanan müvafiq qərarın bu gün təsdiqlənəcək.
Qeyd edək ki, bu günə olan məlumata əsasən, Gürcüstanda vaksin vurduranların sayı 1 785 862 nəfər təşkil edir. Onların 981 min 624-ü preparatın bir dozasını, 804 238-i isə hər iki dozasını qəbul edib.