Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 216 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 357 853 nəfər test edilib, onların 29 104-nün koronavirus testi pozitiv nəticə verib, 32 119 nəfər sağalıb.
Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 109 495 613 peyvənd tətbiq edilib ki, bunun da 88,74 faizi birinci mərhələ vaksinasiya olunanlardır.