Fransada təyyarə qəzası baş verib.

Unikal.org xəbər verir ki, hadisə ölkənin cənub-şərqindəki Drom departamentində qeydə alınıb. Yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub.

Hadisə yerinə asayiş keşikçiləri və yanğınsöndürənlər gəlib.

"Biz hələ bilmirik ki, təyyarə uçurdumu və ya aerodroma enirdi", - Drom prefekturasından yerli KİV-ə bildiriblər.

Hadisə barədə araşdırma davam edir.