Liviya ilə Misir arasında sərnişin uçuşları 7 ildən sonra bərpa edilib.
Unikal.org xəbər verir ki, Liviyanın Tripoli Mitiga Hava limanı rəhbərliyi tərəfindən edilən açıqlamada, Liviya dövlətinə məxsus "Afriqiyah Airways" təyyarəsinin 7 ildən sonra Qahirə Hava Limanına yola düşdüyü bildirilib.
İki ölkə arasında sərnişin hava nəqliyyatı iki ayrı Liviya hava yolu şirkəti tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, Misirdə Tripolidən İskəndəriyyəyə uçuşlar olduğu halda, Misir səlahiyyətlilərinin "təhlükəsizlik şərtləri" səbəbindən paytaxt Qahirəyə uçuşlar həyata keçirilmirdi.