Toylarda 150 nəfərlik limitin artırılması nəzərdə tutulmur.

"Unikal" xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi bildirib ki, qoyulmuş məhdudiyyət şənliyin keçirilməsinə və virusdan qorunmağa imkan verir.