“İlin sonuna qədər ayrı-ayrı məktəbləri çıxmaq şərtilə, əyani tədrisi davam etdirdik. O məktəblərdə buna ehtiyac yarandı. O məktəblərin sayı heç yüzə çatmayıb”.

“Unikal” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev AZTV-yə müsahibəsində deyib.

“4400 məktəbdən 70-80 məktəbi iki həftəlik bağlamalı olmuşuq. Nəzərə alsaq ki, Azərbaycanda 4450-yə yaxın məktəb fəaliyyət göstərir, bu qədər müəssisədə ənənəvi təhsilin təşkil edilməsi uğurlu nəticə hesab olunmalıdır”, - E.Əmrullayev qeyd edib.