"Artıq 4 min tələbə təhsil krediti üçün müraciət edib".

"Unikal" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, bu rəqəmin ilin sonuna qədər artacaq:

"Təhsil tələbə kreditlərinin verilməsi bu il üçün ən önəmli hadisələrdən oldu. Bu il bakalavr və magistraturada yüksək sayda tələbə qəbul olub. Müəllimlərin işə qəbulu imtahanı ilə 10 mindən artıq insanı işlə təmin etmişik".