Dövlət Gömruk Komitəsində yeni təyinatlar olub.
"Unikal"-ın
əldə etdiyi məlumata görə, Səfər Mehdiyevin imzaladığı əmrlə  Eyyubov Həsən Nəbi oğlu komitənin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilərək Enerji Resursları və Dəniz Nəqiyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Digər əmrlə isə Telman Mehdiyev Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilərək Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki,  H. Eyyubov Prezidentin Mühafizə Xidmətinin rəisi, general-polkovnik Bəylər Əyyubovun, T. Mehdiyev isə Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti Ramiz Mehdiyevin qardaşı oğludur.
Orxan Həsənli