“Johnson&Johnson” şirkəti koronavirus əleyhinə peyvəndin istehsalını dayandırıb.
"Unikal" xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Məlumata görə, şirkət Niderlandın Leyden şəhərindəki zavodunu bağlayıb. İstehsalın dayandırılması müvəqqətidir. Müəyyən fasilədən sonra zavod işini davam etdirəcək.
Bildirilir ki, vaksinin tədarükü bir neçə milyon doza azaldıla bilər.