Ukraynanın keçmiş prezidenti Petro Poroşenko cümə günü məhkəmədə Rusiyanın işğal etdiyi Krımdan dörd milyard qrivna (təxminən 145 milyon dollar) nağd pul və qızılın çıxarılmasına dair göstəriş verdiyini etiraf edib və bu barədə Rusiya prezidenti Vladimir Putinə 2014-cü ildə zəng edib.
"Unikal" xəbər verir ki, cümə günü Kiyev məhkəməsi müdafiə tərəfinin və prokurorluğun Poroşenkonun şəxsi öhdəlik formasında həbs qətimkan tədbiri ilə bağlı şikayətlərinə baxmağa başlayıb. Prokurorlar Poroşenkonun təqribən 35,7 milyon dollar girov qoymaq imkanı ilə həbs olunmasını istəyir. Müdafiə tərəfi məhkəmədən şəxsi öhdəliyi ləğv etməyi və Poroşenkoya qarşı heç bir həbs-qətimkan tədbiri tətbiq etməməyi xahiş edir.
"Etiraf etmək istərdim: bəli, mən bilavasitə işğal olunmuş Krımla təmas xətti boyunca nağd pulun köçürülməsi ilə bağlı göstəriş vermişəm. Üstəlik, mən bu barədə 2014-cü ildə Putinə zəng etdim. Və bu nağd pulun məbləği dörd milyard qrivna, üstəgəl qızıl, üstəgəl Ukrayna Milli Bankının aktivləri idi ki, bu da diplomatik fəaliyyətimə, işimə sədaqətimə görədir... Onlar Milli bankın işçiləri, Polisin və təhlükəsizlik əməkdaşlarının parlaq əməyi nəticəsində Krımın işğal olunmuş ərazisindən Milli Bankın kassalarına gətirilib və respublika filialının seyflərində saxlanılıb", - Poroşenko bildirib.
O, iddia edib ki, əgər heç nə etməsəydi, bu vəsaitlər Krımdan Donetskə aparılacaqdı.
Ağarza Elçinoğlu