Belarus prezidenti Aleksandr Lukaşenko Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Rusiya-Ukrayna müharibəsi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
"Unikal" xəbər verir ki, Lukaşenko xəritədə Ukrayna ərazisinin Belarusdan hücuma məruz qalması ilə bağlı iddiaları təkzib edib.Lakin canlı yayımda göstərilən xəritədəki işarələr dünya mətbuatında gündəm yaradıb.
Belə ki, Lukaşenkonun göstərdiyi xəritədə Rusiya qoşunlarının Ukrayna daxilində irəliləyişi aydın əks olunub. Lakin ən diqqət çəkən məqam isə ox işarələrinin Ukraynadan sonra Moldova üzərində çəkildiyi görüntülənib.
İddia edilir ki, Rusiyanın hərbi müdaxilə edəcəyi növbəti ölkə Moldova olacaq. Xəritədə rus separatçılarının hərəkət istiqaməti Odessa şəhərinin üzərindən Moldova üzərində qurulub.
Gülayə Mecid