Cənubi Koreyada keçirilən prezident seçkilərinin qalibi bəlli olub.
"Unikal" xəbər verir ki, seçkilərdə 48,59 faiz səs toplayan müxalifət namizədi Yoon Suk-yeol qalib gəlib.
Yoonun rəqibi, hakim Demokratik Partiyanın namizədi Li Jae-myung partiya qərargahında etdiyi çıxışda məğlubiyyətini etiraf edərək, 47,80 faiz səs topladığını açıqlayıb.
Seçici fəallığının 77 faiz olduğu bildirilib.