Müharibə başlayandan indiyədək Rusiya Silahlı Qüvvələri Ukraynada 3 minə yaxın hərbi obyekti məhv edib.

"Unikal" "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

“Ukraynanın hərbi infrastrukturuna endirilən zərbələr nəticəsində 2 998 hərbi obyekt məhv edilib”, - o deyib.