Rusiya Silahlı Qüvvələri Çerniqov Politexnik Universitetinin binasını gecə saatlarında raket atəşinə tutub.
"Unikal" xəbər verir ki, bu barədə Çerniqov vilayətinin dövlət administrasiyasının rəhbəri Vyaçeslav Çaus məlumat verib.
"Çerniqov Politexnik Universitetində video çəkirəm. Bura düşmən tərəfindən dağıdılan "hərbi "obyektdir? Binaya baxmaq mənim üçün çətindir. Çünk mən 1999-cu ildə bu universiteti bitirmişəm. Onlar bu cinayətə görə 100% cavab verəcəklər”, - deyə Çaus bildirib.