Belarus Respublikasının Qomel vilayətində "İsgəndər-M" ballistik raket sistemlərinin Ukrayna ilə sərhəd istiqamətində hərəkəti qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
"Ukrayna xalqının Rusiyanın hərbi işğalına qəhrəmancasına müqavimətinin 33-cü günü davam edir. Düşmənin əsas səyləri işğal olunmuş xətlərin saxlanmasına və hücum əməliyyatlarının bərpasına hazırlığa yönəlib", - məlumatda deyilir.
Daha əvvəl bildirilmişdi ki, Rusiya Sakit Okean Donanması və Qərb Hərbi Dairəsindən əlavə bölmələr köçürməkdə davam edir və "İsgəndər-M" raketləri Belarusun Kalinkoviçi şəhərinə gətirilir.
Ağarza Elçinoğlu