Şimali Makedoniya hakimiyyəti 5 rus diplomatı ölkədən çıxarmaq qərarına gəlib.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin “MİA” agentliyi məlumat yayıb.
“Rusiyanın Şimali Makedoniyadakı səfiri Sergey Bazdnik bazar ertəsi Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Rusiya səfirliyinin beş əməkdaşının persona non-qrata elan edildiyini bildirən diplomatik nota təqdim edilib”, - açıqlamada deyilir.