Rusiyanın işğalından sonra Ukraynanın vurduğu itkilərin məbləği artıq 564,9 milyard dollardır.
"Unikal" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Yuliya Svyridenko açıqkama yayıb.
"Qeyd etmək lazımdır ki, hər gün rəqəmlər dəyişir və təəssüf ki, artır. Ona görə də Ukrayna bütün maneələrə baxmayaraq, təcavüzkardan təzminat tələb edəcək. Həm məhkəmənin qərarı ilə, həm də dondurulmuş aktivləri Rusiyaya verməklə. Rusiya Ukrayna ərazisində öz cinayət əməllərinin bütün ağırlığını hiss edəcək”, - Svyridenko vurğulayıb.
Hazırda məhv edilən struktur aşağıdakılardır:
- 119 milyard dollar - infrastrukturun itirilməsi (təxminən 8 min km yol, onlarla dəmir yolu stansiyaları, hava limanları dağıdılıb və zədələnib);
- 112 milyard dollar - 2022-ci ildə ÜDM itkiləri;
- 90,5 milyard dollar - mülki əhalinin itkisi (10 milyon kvadratmetr mənzil, 200 min avtomobil, 5 milyon insanın ərzaq təhlükəsizliyi);
- 80 milyard dollar - müəssisə və təşkilatların itkiləri;
- 54 milyard dollar - Ukrayna iqtisadiyyatına birbaşa investisiya itkiləri;
- 48 milyard dollar - dövlət büdcəsinin itkiləri.
Gülayə Mecid