Hollandiyanın Voorburq şəhərinin sakini həyat yoldaşından boşandıqdan bir il sonra özü evlənmək qərarına gəlib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı iki uşaq anası Şarlotta Zoom Verde Siv Verdinq bildirib ki, o, bir dəfə üzüksüz "üzük barmağı"na baxıb və özü ilə evlənmək qərarına gəlib.
Verdinq hesab edir ki, yalnız belə bir evlilik ömrünün sonuna qədər davam edə biləcək.
O, özünə evlilik təklifi edib və 3 ay sonra evlənib.
Holland qadın özünü və iki uşağını simvolizə edən üç qiymətli daşdan ibarət ağ qızıl üzük alıb. O, evdə toy təşkil edib və səkkiz nəfəri dəvət edib və təxminən 400 avro xərcləyib.
"Mən özümə sadiq olmağa, başqalarının istəklərindən asılı olmayaraq bədənimi və şəxsiyyətimi qəbul etməyə söz verirəm. Söz verirəm ki, məni qorxutsa belə, yeni şeyləri sınamağa davam edəcəyəm ki, yeni şeylər yaşayım və inkişaf edim. Özünə hörmətimi qorumaq üçün başqalarından müstəqil qalmağa söz verirəm. Səhv etmək və özümü bağışlamaq üçün özümə icazə verəcəyimə söz verirəm", - Verdinq öz toyunda deyib.