Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"-ın məlumatına görə, hadisə şəhərin Əbülüla Gəncəvi küçəsində qeydə alınıb. Hərəkətdə olan "UAZ "markalı avtomobil idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü 1972-ci il təvəllüdlü Vidadi Süleymanov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, qəzaya düşən "UAZ" markalı avtomobil Gəncə şəhər təcili tibbi yardım xidmətinin maşını olub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov