Avstriya baş naziri Karl Nehammer bir neçə gündən sonra Ukraynaya gedəcək. 

"Unikal" xəbər verir ki, Avstriya Baş Nazirliyindən verilən yazılı açıqlamada, baş nazir Karl Nehammerin yaxın günlərdə Ukraynaya səfər edəcəyi, təhlükəsizlik səbəbiylə səfərlə bağlı detalların paylaşılmayacağı bildirilib.

Nehammerin səfər çərçivəsində Zelenski ilə görüşəcəyi bildirilib.

Açıqlamada bu səfərin Ukraynanı siyasi və humanitar baxımdan ən yaxşı şəkildə dəstəkləmək məqsədi ilə həyata keçirildiyi vurğulanıb.

Gülayə Mecid