Bu gün  95-ci briqadanın Ukrayna hərbçiləri Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında düşmənə məxsus Ka-52 helikopterini Ukrayna istehsalı olan “Stuqna” raketi ilə vurublar.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko məlumat yayıb:

"Bu kadrlara baxın! Dişlərinə qədər silahlanmış ən müasir rus helikopteri bizim oğlanları öldürmək üçün uçdu və nəticədə dağıntı qalaqlarına çevrildi", - məlumatda deyilir.

Geraşenko həmçinin əlavə edib ki, zərbə nəticəsində iki rusiyalı pilot həlak olub.

Aynurə Xudaverdiyeva