Ukrayna Rusiya ordusunun hücumları nəticəsində 18 jurnalistin öldüyünü, 13-nün yaralandığını açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi məlumat paylaşıb.
Bildirilir ki, Rusiyanın hücumlarının başladığı 24 fevraldan bəri Ukraynada 3-ü qadın olmaqla 18 jurnalist öldürülüb.
"Müharibə zamanı müxtəlif hücumlar nəticəsində 13 jurnalist yaralanıb, 3 jurnalist itkin düşüb, 4-ü qadın olmaqla 8 jurnalist qaçırılıb", - deyə mılumatda qeyd olunub.
Gülayə Mecid