Çarlz Darvinə məxsus 2 qeyd dəftəri yoxa çıxdıqdan 21 il sonra, anonim şəkildə Kembric Universitetinə qaytarılıb.
"Unikal"ın "The Times"a istinadən verdiyi xəbərə görə, alimin 1837-ci ildə çəkdiyi "Həyat ağacı" eskizinin də daxil olduğu kiçik dəri cildli dəftərləri 2001-ci ildə yoxa çıxıb. Onların 2020-ci ilə qədər rəflərdə olduğu bilinirdi. Lakin həmin ilin oktyabrında onların oğurlandığı qeyd olunub.
Məlumatda deyilir ki, qeyd dəftərləri "Kitabxanaçı, X Pasxa bayramınız mübarək" yazısı ilə qəhvəyi zərfdə olan çəhrayı hədiyyə çantasında geri qaytarılıb.
Ağarza Elçinoğlu