Polşa Milli Müdafiə Nazirliyi Amerikanın 250 “Abrams” tankının alınması üçün müqavilə imzalayıb.

"Unikal" xəbər verir ki, müqavilə Polşaya ən son modifikasiyalı “M1A2 SEPv3” tankının tədarükünü nəzərdə tutur. Polşa 250 döyüş maşını ilə yanaşı, imzalanmış müqavilə çərçivəsində logistika və təlim paketləri, xüsusən də tank ekipajı simulyatorları alır.