İspaniya hökuməti Rusiyanın ölkədəki səfirliyinin 25-ə qədər əməkdaşının ölkədən çıxarılması barədə qərar verib.
"Unikal" xəbər verir ki, bu barədə İspaniya XİN başçısı Xose Manuel Albares açıqlama verib.
"Elan etmək istəyirəm ki, səhər ölkədəki milli təhlükəsizliyə təhlükə törətməsinə görə, İspaniyadakı Rusiya səfirliyinin 25 diplomatı və əməkdaşının ölkədən çıxarılması barədə qərar vermişik", Albares deyib.
O, səfirlik əməkdaşlarına İspaniyadan çıxmaq üçün bir neçə gün vaxt verildiyini və verilən qərarın Ukraynada gedən müharibə ilə birbaşa əlaqəli olduğunu xatırladıb.