"Rusiya BMT Təhlükəsizlik Şurasındakı veto hüququnu ölüm hüququna çevirib".
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski BMT Təhlükəsizlik Şurasında çıxışında deyib.
"Biz BMT Təhlükəsizlik Şurasında veto hüququnu ölüm hüququna çevirən bir ölkə ilə qarşı-qarşıyayıq. Bu, qlobal təhlükəsizliyin bütün arxitekturasını pozur, pisliyin cəzasız qalmasına və bütün dünyaya yayılmasına imkan verir”, - Zelenski qeyd edib.
Ukrayna Prezidenti Vladimir Zelenski BMT-dəki çıxışında Rusiyanı dayandırmağa çağırıb.
Onun sözlərinə görə, belə davam edərsə, hər bir ölkə öz təhlükəsizliyini təmin etmək üçün beynəlxalq hüquqa deyil, yalnız silah gücünə arxalanacaq.
Prezident bəyan edib ki, Buçadakı qırğınlar müharibə zamanı törədilən vəhşiliklərin yalnız bir nümunəsidir.