Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski BMT Təhlükəsizlik Şurasında çıxış edib.
"Unikal" xəbər verir ki, o beynəlxalq qurumu tənqid edib.
“Təhlükəsizlik Şurasının təmin etməli olduğu bu təhlükəsizlik haradadır? O yoxdur. BMT-nin yaratdığı sülh haradadır? Bu, mövcud deyil. Dünya onların (Rusiya ordusunun – red.) ölkəmizin digər şəhərlərində nə etdiklərini hələ görməyib. Coğrafiya fərqli ola bilər, amma cinayətlər eynidir, - Zelenski deyib.