“Dialoq olmadan müharibəni dayandırmaq mümkün olmayacaq. Buna baxmayaraq, dünyada vasitəçilik etməyə çalışan çoxlu liderlər var. Lakin Türkiyə və onun prezidenti bu sırada birinci gəlir”.
"Unikal" xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu sözləri Türkiyənin Habertürk TV televiziyasına verdiyi müsahibədə söyləyib.
O qeyd edib ki, Türkiyə Mariupol şəhərində yaralıların təxliyəsində Ukrayna tərəfinə yardım edir.
“Türk gəmiləri evakuasiya üçün istifadə olunur. Hazırda canlı əməliyyatlar davam etdiyi üçün daha ətraflı məlumat verə bilmərəm. Məqsədimiz vətəndaşlarımızın həyatını qorumaq olmalıdır”, - deyə V.Zelenski vurğulayıb.
V.Zelenski əlavə edib ki, Ukrayna Türkiyənin tam dəstəyinə ümid edir və Türkiyə rəhbərliyinə güvənir.