ABŞ-ın Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirləri Rusiya Federasiyasına bütün investisiyaların qadağan edilməsini də əhatə edəcək.
"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi bildirib.
Məlumata əsasən, ABŞ, həmçinin Rusiyanın maliyyə institutlarına qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir
Bildirilib ki, yeni tədbirlər barədə aprelin 6-da məlumat veriləcək. Sanksiyalar müəyyən sayda Rusiya hökumət məmurlarına və onların ailə üzvlərinə, həmçinin Rusiya Federasiyasının bəzi dövlət müəssisələrinə şamil olunacaq.