Rusiyada neft emalının həcmi Qərbin sanksiyaları fonunda azalmaqda davam edir.

"Unikal" xəbər verir ki, "Kommersant" nəşrinin məlumatına görə, bu, mart ayı ilə müqayisədə yeddi faiz azalaraq sutkada 670 min tona düşüb.

Energetika Nazirliyi emal həcmlərinin azalmasının səbəbini neft emalı zavodlarında aparılan təmir işləri ilə əlaqələndirib. Lakin Rusiya neft emalı zavodları üçün problemlər may ayında iri treyderlər dövlət neft şirkətlərindən alışı dayandırdığı zaman daha da pisləşə bilər. 

Qərbin sanksiyaları səbəbindən yerli neft və neft məhsullarının ixracı xeyli çətinləşib. Bu baxımdan Rusiya neftayırma zavodları emal həcmini azaltmalı olub. Aprel ayı ərzində orta gündəlik ixrac mart ayına nisbətdə 20 faiz aşağı - sutkada 10,6 min tona düşüb.

İxracla bağlı problemlər təkcə emalda deyil, neft hasilatında da azalmalara səbəb olub. Aprelin sonunda neft hasilatında azalma mart ayı ilə müqayisədə 8,7 faiz təşkil edib.

Ağarza Elçinoğlu